Özözlərini əməliyyat edərək, tarixə düşən insanlar Əməliyyatdan qorxanlar üçün


Digərləri 06 Okt 2019 07:22:00 252 0

Özözlərini əməliyyat edərək, tarixə düşən insanlar  Əməliyyatdan qorxanlar üçün

Adi əməliyyat keçirmək fikri belə əksər insanlar üçün qorxulu kabus kimidir. Bəzi insanlar isə qorxmadan, heç kimin yardımı olmadan özlərini əməliyyat edib və həyatda qala biliblər. 

Son.az medicina.az-a istinadən özünü əməliyyat edən bəzi insanlar haqqında məlumatı təqdim edir. 

Zheng Yanliang - Amputasiya

Çinli fermer Zheng 202-ci ildə ayağındakı ağrı səbəbindən xəstəxanaya müraciət edib. Ona ayağının əməliyyatı üçün 1 milyon yuan məbləğ ödəməsini bildiriblər. Onun həmin məbləği ödəməyə imkanı olmayıb. Ayağı isə getdikcə şişərək qanqrena olub. Şiddətli ağrılara dözməyən Zheng evdə mişar və bıçaq yardımı ilə ayağını kəsib.

İnes Ramirez Perez - Keysəriyyə

Meksikalı bu qadın bətnindəki uşağı heç bir kömək olmadan dünyaya gətirib. Belə ki, 2007-ci ildə qadının doğum sancıları başlayır və xəstəxanaya getmək üçün zamanının olmadığını anlayır. O, azyaşlı oğlundan  bıçaq gətirməsini istəyir. Qadın 15 sm-lik bıçaq ilə qarnında 18sm-lik bir deşik açır. Daha sonra o daxili orqanlarını kənara çəkərək uşağını qarnından çəkib çıxarıb. Uşağın göbək bağını kəsdikdən sonra daxili orqanlarını yerinə yerləşdirib. Perezin yarasını yardım üçün gələn bir qadın tikib, daha sonra o xəstəxanaya aparılıb.

Leonid Rogozov - Kor bağırsaq əməliyyatı

(adsgarden = window.adsgarden || []).push({});