Çin Yerin məsafədən mikrodalğalı zondlama peykini kosmosa buraxıb


Dünya 06 Okt 2019 06:30:00 282 0

Çin Yerin məsafədən mikrodalğalı zondlama peykini kosmosa buraxıb

Çin Yerin məsafədən mikrodalğalı və yüksək keyfiyyətli görüntü ilə zondlanması üzrə "Gaofen-10" peykini kosmosa buraxıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, "China Daily" qəzetinin Çinin rəsmi mənbələrinə istinadla verdiyi məlumatda qeyd olunur ki, peykin "Long March 4S" raketdaşıyıcısı ilə kosmik fəzaya göndərilməsi ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. Peykin üzərində yerləşdirilmiş optik cihaz yüksək keyfiyyətli fotoşəkillər çəkməyə imkan verir.

Bildirilir ki, "Gaofen-10" şəhər yol şəbəkələrinin layihələşdirilməsi, şəhərsalma, kənd təsərrüfatında məhsuldarlığın qiymətləndirilməsi, habelə təbii fəlakətlərin monitorinqi və nəticələrinin aradan qaldırılması məqsədləri ilə Yerin səthinin müşahidə edilməsində istifadə olunacaq.

Bu peykin buraxılması ilə "Long March 4S" raketinin 314-cü uğurlu startı həyata keçirilib.