Tramp Milli Təhlükəsizlik Şurasının ştatını ixtisar edir


Dünya 06 Okt 2019 04:30:00 232 0

Tramp Milli Təhlükəsizlik Şurasının ştatını ixtisar edir

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının əməkdaşları ştatını xeyli ixtisar etməyi tapşırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, personalın ixtisarı barədə qərar milli təhlükəsizlik üzrə yeni müşavir Robert Obrayenin rəhbərliyi altında xarici siyasət qurumunun daha çevik çalışmasına hesablanıb. Hazırda Milli Təhlükəsizlik Şurasının ştatı 310 nəfərə çatır, əməkdaşların sayı sabiq prezident Barak Obamanın hakimiyyəti dövründə xeyli artıb.

Robert Obrayen və Ağ ev aparatının şefi vəzifələrinin icraçısı Mik Malveyn ixtisarların bu həftədən etibarən başlayacağını və ixtisara düşən əməkdaşların digər departamentlərə - Pentaqona, Dövlət Departamentinə və xüsusi xidmət orqanlarına keçiriləcəyini bildirib.