Yeseninin Əliağa Vahidlə Bakı SƏRGÜZƏŞTLƏRİ... EŞQ MACƏRALARI FOTO


Digərləri 06 Okt 2019 01:30:00 356 0

Yeseninin Əliağa Vahidlə Bakı SƏRGÜZƏŞTLƏRİ...  EŞQ MACƏRALARI  FOTO

Bu ay dahi rus şairi Sergey Yeseninin 122 yaşı tamam olur. Cəmi 30 il ömür sürən qüdrətli ədəbiyyat xadimi bu qısa müddət ərzində nəinki rus sənət tarixini, bütövlükdə bəşər şeiriyyatını əsrarəngiz yaradıcılığı ilə zənginləşdirməyə nail olub.

Sergey Aleksandroviç Yesenin 1895-ci ildə Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində dünyaya gəlib. Rus ədədbiyyatında onun adı hər zaman dövrünün böyük şairləri Aleksandr Blok, Valeri Bryusov, Vladimir Mayakovski ilə bir sırada hallanır.

Olduqca sadə, diləyatımlı eyni zamanda kifayət qədər mürəkkəb yaradıcılığı, könülləri oxşayan zəngin lirikası ilə qəlblərə yol tamışdı, Yesenin. O, xalq şairi idi, çeşmələrdən gələn saf suya, ölünü belə dirildən təmiz havaya sahib kənd camaatının əhatəsində, ahılların dilindən süzülən xalq nəğmələrini, nağıllarını dinləyərək böyümüşdü. Çoxşaxəli təxəyyül dünyası, şeiriyyata, xalq yaradıcılığına sonsuz həvəsi də bundan qaynaqlanırdı.

Bugünədək Sergey Yeseninin yaradıcılığı və həyatı haqda kifayət qədər yazılıb, sənədli filmlər çəkilib.

Son.az qüdrətli şairin həyatı haqda qaranlıq qalan ən maraqlı faktları bir araya toplayıb.

Şair və pəriləri...

Gənc şair 1913-cü ilin payızında Anna Romanova ilə vətəndaş nikahında yaşamağa başlayır. 1914-cü ildə cütlüyün oğlu Yuri doğulur. Tezliklə Sergey "ayaqlarını zəncirləyən" ailəsindən canını qurtarıb, baş götürüb gedir. Anna Romanova öz xatirələrində yazırdı: "Ölümündən bir neçə gün öncə gəlib mənimlə vidalaşdı, ah çəkərək bildirdi ki, artıq bu dünya ona darlıq edir. Öləcəyini hiss edirdi, "Oğlumuza yaxşı bax amma hər istədiyini də etmə" deyib, evdən çıxdı".

Yeseninin oğlu Yurinin də taleyi çox acı olur. O, 1937-ci ildə İosif Stalinə qarşı hazırlanan süi-qəsddə günahlandırılaraq güllələnir.

1917-ci il iyul ayının 30-u yaraşıqlı şair Zinaida Rayxla rəsmi nikaha daxil olur. 1918-ci ildə Segeylə Zinaidanın Tantyana adlı qızları doğulur. Sergey mavi gozlü mələyini çox sevir, xanımı və qızı ilə çox zaman keçirdərdi. Adətən yaradıcı insanlar daim ehtiyac duyduqları ruh azadlığı ilə yanaşı cəmiyyətin çərçivələrini də qırıb keçməyə can atırlar.

Onlar özlərini hər mənada hürr hiss etmədikcə, sanki, yaradıcılıqlarında bir durğunluq, yeknəsəklik yaşanır. Odur ki, Yesenin bu ailəsindən də qaçır.

Bir neçə ay sonra şair Zinaida və qızına rast gəlir. Xanımının qucağındakı körpəni görüb, heyrətə gəlir. Zinaida ona bildirir ki, bu Yeseninin oğludur, adını da Konstantin qoyub. O qara gözlü körpənin öz oğlu olduğuna inanmayaraq, deyir: "Yeseninlər əsmər olmurlar". Lakin mənbələrə inansaq, o, Tatyana ilə Konstantinin şəkillərini daim özü ilə gəzdirərmiş. Hətta onlara tez-tez pul göndərərmiş. Həmçinin rəsmən boşanandan sonra da bəzən Zinaida ilə gizlində görüşərmiş.

Artıq Reyx ikinci dəfə ailə qurmuşdu. Ölümündən bir müddət əvvəl Sergey onu və uşaqlarını ziyarət edir: "Siz belə küt kitabları yox atanızın şeirlərini oxumalısınız" deyə həm keçmiş xanımına, həm də övladlarına iradını bildirir. Onların son görüşü də savaş və göz yaşı içində sona çatır. Gizli mənbələrin məlumatına əsasən, Zinaida 1937-ci ildə evində vəhşicəsinə qətlə yetirirlir. Reyxin ölümü haqda hələ də səhih məlumat bildirilmir.

1920-ci ildə rus ədəbiyyatının parlaq siması həyatının üçüncü burulğanına tuş gəlir. Qalina Benislavskaya adlı xanımla eşq məcarəsı yaşayır. Bu məhəbbət romanı bir neçə il davam edir. Nəhayət, bir gün Segey Qalinaya onu artıq sevmədiyini bildirir. Qüruru sevdiyi kişinin ayaqları altında dəfələrlə tapdanan Qalina xatirələrində yazırdı: "Bir Tanrı şahiddir ki, onunla olan xatirələrimə arxa çevirib, nə qədər getmək istmişəm. Onun qadını yox, sadəcə dostu olmağa cəhd etmişəm. Lakin gec də olsa anladım ki, aramızda olan tellər qopan deyil".

Yesenin xəstəxanada ölümünü gözləyərkən Qalinanın yanına çağırtdırır. Arzularını puç etmiş məşuqunun oyun qurduğunu düşünən ümidsiz qadın Sergeyi yoluxmaqdan imtina edir. Yeseninin dünyadan köçdüyünü öyrənəndə isə onun məzarına gəlir, odlu silahla özünə atəş açıb, intihar edir. Qəbir daşının üzərində isə, bir qeyd qoyur: "Mən burada intihar edirəm. Bilirəm ki, bununla Yesenin haqda daha çox şaiənin yayılacağına səbəb oluram... Amma sizin düşündükləriniz artıq bizi zərrə qədər maraqlandırmayacaq".

Qalina Benislavskaya Yeseninin məzarları yanbayandır. Özünü sevgi uğrunda qurban verib, eşq zirvəsinə yüksələn bu cəsarətli qadın Sergeylə birgə uyuyur.

Yeseninin ən dəlisov və qalmaqallı qadını isə amerikalı rəqqasə Aysedora Dünkan olub. Onların arasında qısa zaman kəsiyində ehtiraslı məhəbbət baş qaldırır. Cütlük kilsədə evlənib, hər iki soyadı daşıyacaqlarına söz verirlər. Sergey özünü qürurla Dünkan Yesenin adlandırırdı. Aysedora ondan düz 18 yaş böyük idi və ən böyük xəyalı ailə qurub, övlad dünyaya gətirmək idi. Lakin Sergey anlayırdı ki, o, uzun müddətli münasibətlərdən boğulub, sənət eşqini itirə bilər. Dünkan Yesenin münasibətləri sonsuz qalmaqallar, savaşlar həsrət və vüsalla bitirdi.

Yeseninin müəmmalı ölümündən təxminən bir il sonra Dünkan Fransanın Nitsa şəhərində özünü şalı ilə boğaraq intihar edir. Məşhur rəqqasənin son sözləri bu olur: "Əlvida dostlarım, mən şöhrətə doğru gedirəm".

Yeseninin qadınlara olan ehtirası, məhəbbəti bitib-tükənmirdi. O, bir münasibətinə son verib, digərinə qucaq açır və ya eyni anda bir neçə ilham pərisilə görüşürdü. O, qəlbini adi qadınlara əmanət etmirdi. Dövrünün ziyalı xanımları, şairələri ilə eşq macərası yaşayırdı. Yaraşıqlı şair sanki ömrünün 30-cu baharında həyata vida edəcəyindən xəbərdar idi. Odur ki, daim tələsir, bir an belə tənha qalmaq istəmirdi.

(adsgarden = window.adsgarden || []).push({});