Çağalıq dövründə mövcud olan reflekslər


Digərləri 05 Okt 2019 23:23:00 357 0

Çağalıq dövründə mövcud olan reflekslər

Körpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər qeyd olunur.

Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Belə halda mütləq həkimə müraciət olunmalıdır.

İnkişaf prosesində bütün uşaqlar eyni yolu keçir, lakin fərqli keçir. Sağlam uşaqların əksəriyyəti qaçmazdan əvvəl gəzməyə, gəzməzdən əvvəl iməkləməyə, iməkləməzdən əvvəl isə bədənini müəyyən qədər dəstək ilə qaldırmağa müvəffəq olurlar. Lakin, bu proses bir uşaqda tez, o biri uşaqda gec, birində sürətli, digərində isə bir az ləng gedir. Uşaqlar gec iməkləməyə, gəzməyə başlayanda, ləng hərəkətlər edəndə də valideynlər narahat olmağa başlayır. Bu səbəbdən də, valideynlər çağanın inkişafının gedişatını bilməlidir. Valideynin bu haqda məlumatlı olması uşaqlarını daha yaxşı izləməyə imkan verir.