WiFi texnologiyasinin qeyriadi tətbiqi


Digərləri 05 Okt 2019 23:25:00 417 0

WiFi texnologiyasinin qeyriadi tətbiqi

Kaliforniya Universitetinin mühəndisləri adi videokameraların (daha dəqiq desək, insanın əks olunduğu videolar) və "Wi-Fi" ötürücülərin buraxdığı siqnalların köməyi ilə divar (ya da istənilən analoji baryerin) arxasında olan insanın identifikasiya texnologiyasını işləyib hazırlayıblar. Əlbəttə, qonşularınızın routerin köməyi ilə sizi izləyə biləcəyini düşünüb, narahat olmağa dəyməz. Ancaq texnologiya kifayət qədər maraqlıdır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, yeni metodika maneənin arxasındakı şəxsin videoqeyddəki şəxs olub olmadığını müəyyənləşdirməyə imkan verir. Özü də videoçəkilişin yeni olmasına ehtiyac yoxdur. "Wi-Fi" şəbəkələrindən qorxmağa başlamaq isə hələ tezdir.

Yeni identifikasiya sistemi "XModal-ID" adlanır. Burada birinci hərf "X" hərfi deyil, "xaç" işarəsidir (ingiliscə "cross"). Sistemin adı "Cross-Modal-ID" kimi tələffüz olunur. Onu bir çox sahədə tətbiq etmək olar.

Sistem necə işləyir? Əslində iş prinsipi kifayət qədər sadədir. "Wi-Fi" ötürücü və "Wi-Fi" qəbuledici yaxın yerləşdirilir. Maneənin arxasında hər hansı bir şəxs dayanır. Ötürücü naqilsiz siqnal göndərir. Qəbul edilən siqnalın gücü qəbuledici ilə ölçülür. Dalğalar maneənin arxasındakı insandan əks olunur. Ardınca insanın videodakı hərəkətləri nəzərə alınmaqla əldə olunan ölçülər insanın üçölçülü modelini tərtib etməyə imkan verir. Həmin modeldən kameranın qeydə aldığı davranış xüsusiyyətlərini müqayisə etmək üçün istifadə edilir.

(adsgarden = window.adsgarden || []).push({});