Meksikada jurnalist narkotik satıcısı ilə müsahibə zamanı yaralanıb


Dünya 05 Okt 2019 23:38:00 416 0

Meksikada jurnalist narkotik satıcısı ilə müsahibə zamanı yaralanıb

"National Geographic" televiziya şəbəkəsinin jurnalisti narkotik satıcısı ilə reportaj yazarkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar.

Son.az Trend-ə istinadən bildirir ki, jurnalist hücum nəticəsində yaralanıb, narkotik satıcısı isə öldürülüb.

"National Geographic" televiziya şəbəkəsinin digər üç üzvü Baş prokurorluğun himayəsindədirlər.

Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar istintaqa başlayıblar.