Şimali Koreya ABŞ ilə danışıqları dayandırıb


Digərləri 05 Okt 2019 23:26:39 394 0

Şimali Koreya ABŞ ilə danışıqları dayandırıb

İsveçdə keçirilən ABŞ və Şimali Koreya nümayəndə heyətləri arasında ikitərəfli görüş dayandırılıb

Bakı, İsveçdə keçirilən ABŞ və Şimali Koreya nümayəndə heyətləri arasında ikitərəfli görüş dayandırılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü İsveçin "Dagens Nyheter" qəzeti məlumat yayıb. Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kim Myung-Gil danışıqların dayandırılması ilə bağlı bunları deyib : "Danışıqlar masasına heç bir şey gətirməyən ABŞ-dan məyusuq" deyə o bildirib. ABŞ-ın İsveçdəki səfiri Bil Martin bu məlumatı şərh edə bilməyib: "Maraqlıdır, amma bu barədə heç bir şərhim yoxdur. Mən özüm də bunu eşitməmişəm" Martin bildirib.