Dəstəmazın 7 bərəkəti


Digərləri 05 Okt 2019 23:20:00 248 0

Dəstəmazın 7 bərəkəti

Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:

1. Son.az deyerler.org-a istinadən bildirir ki, ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: "Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan - bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan".

2. Hacətin yerinə yetməsinə səbəb olar.

3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar".

4. Dəstəmazlı halda yatanın yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dəstəmazlı halda yatar, yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namazla məşğul olar, o vaxta qədər ki, gecəni səhər edər".

5. Ruzinin artmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Hər kim mənzilinin xeyir və bərəkətini artırmaq istəyər - yemək yeyən zaman dəstəmaz alsın".

(adsgarden = window.adsgarden || []).push({});