Skoda Laura adlı köməkçini hazırlayıb VİDEO


Digərləri 05 Okt 2019 23:01:00 297 0

Skoda Laura adlı köməkçini hazırlayıb  VİDEO

Səs komandalarını anlayan elektron yardımçıları bir çox markalar təklif edir. Çex istehsalçısı olan Skoda şirkətinin mühəndisləri də "biz kimdən əskik oğlanıq" deyərək, belə bir yardımçı hazırlayıblar. Altı müxtəlif dildən anlayan Laura dialektləri də seçə bilir.

İş orasındadır ki, səsli yadımçının imkanları daima təkmilləşdirilir. Hazırda Laura marşrutu tərtib edə, mediatekada sevdiyiniz mahnını axtara və daxil olan ismarıcları oxuya bilir. Səs yardımçısı ilə ünsiyyət qurmaq üçün "Okey, Laura" söyləmək kifayətdir.

Son.az autograph.az-a istinadən bildirir ki, hələlik Laura yalnız Scala və Kamiq modellərində təklif edilir. Laura ingilis, alman, fransız, ispan, italyan və çex dillərini anlayır. Standart olaraq, sistem elektron sim-kart ilə təchiz edilir ki, bunun sayəsində də Laura internetdə tanımadığı sözləri axtara bilər.

Gələcəkdə Laura avtomobilin əksər funksiyalarının idarəedilməsini də öz üzərinə götürə bilər. Süni intellekt sayəsində sistem özünü inkişaf etdirmək imkanına da sahib olacaqdır.

(adsgarden = window.adsgarden || []).push({});