Amerikali pilotlar uno gördüklərini təsdiqləyiblər


Digərləri 05 Okt 2019 22:35:00 252 0

Amerikali pilotlar uno gördüklərini təsdiqləyiblər

Təxminən 2017-ci ilin dekabr ayından "The New York Times" və başqa xarici mətbuatda internətə düşən, uçan naməlum obyektlərin (UNO) əks olunduğu videolar haqqında məqalələr dərc edilməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən lentə alınan videolar "YouTube"-da "Gimbal" və "GoFast" adı altında yayımlanıb. Həmin kadrların internətə təsadüfən düşdüyü bildirilir. Bu barədə "hi-news.ru" saytının müxbiri Ramis Qaniyev yazır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, "Gimbal" başlığı altında yerləşdirilən video 2004-cü ildə Kaliforniya sahillərində "USS Nimitz" təyyarədaşıyan gəmisinin pilotları tərəfindən çəkilib. "GoFast" adlanan ikinci video isə 2015-ci ildə "F/A-185F" qırıcısının kamerasının köməyi ilə Şərq sahillərində qeydə alınıb. Hər iki halda kadra düşən naməlum obyektlər mövcud uçuş aparatlarından heç birinin edə bilmədiyi manevrlər edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Cozef Qradişer (Joseph Gradisher) pilotların yadplanetlilərlə qarşılaşdığını düşünmür. Ancaq o, həmin aparatların mənşəyinə aydınlıq gətirə bilməyib.

Nəticədə, müəmmalı hadisə ABŞ sakinlərini ciddi şəkildə maraqlandırıb. Cari ilin yayında 33 yaşlı "Facebook" istifadəçi Metti Roberts (Matty Roberts) zarafatla yadplanetlilər haqqında məlumatların saxlandığı ehtimal edilən "Zona 51" hərbi bazasına hücum etməyi təklif edib. Təklif qısa zaman ərzində zarafat xarakterini itirib və sentyabrın 19-dan etibarən 3 milyondan çox insan zonaya hücum edib, hərbçilərin bu qədər böyük kütləni dayandıra bilməyəcəyinə ümid edib. Öz növbəsində "Zona 51" bazasının nümayəndələri xəbərdarlıq ediblər ki, atəş açmaq icazələri var.

Məlumdur ki, məxfi bazaya hücum etmək istəyənlər hərbi obyektin yerləşdiyi Nevada ştatında "Alienstock" və "Storm Area 51 Basecamp" adlı festivallarda bir araya gələcəklər. İnsanların niyyətinin nə qədər ciddi olduğu hələ bəlli deyil, lakin yerli rəhbərlik fövqəladə vəziyyətə hazırlıq görüb.

(adsgarden = window.adsgarden || []).push({});