İran rusiyalı jurnalisti sərbəst buraxmaqdan imtina edir


Dünya 05 Okt 2019 22:39:00 297 0

İran rusiyalı jurnalisti sərbəst buraxmaqdan imtina edir

İranın Xarici İşlər Nazirliyi Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzikin tezliklə sərbəst buraxılacağına dair məlumatı təsdiqləməyib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, diplomatlar nazirlikdən rusiyalı jurnalistlə görüşmək üçün icazə və məsələ ilə bağlı müvafiq izahat istəyiblər.  

Oktyabrın 4-də "RİA Novosti" İranın Xarici İşlər Nazirliyinə istinadən Yuzikin tezliklə sərbəst buraxılacağına dair xəbər yaymışdı. Jurnalistin bəzi izahatlar verməsi məqsədilə saxlanıdığı bildirimişdi.