Miqrenin neçə növü var? Ən dəhşətli baş ağrısı barədə bilmədikləriniz


Digərləri 05 Okt 2019 22:03:00 290 0

Miqrenin neçə növü var?  Ən dəhşətli baş ağrısı barədə bilmədikləriniz

Tibdə indi dəbdə olan miqren sözü çox ağır, yorucu, hər dərmana tabe olmayan, birdən şiddətli tutan və yüksək intensivli baş ağrılarını fərqləndirmək üçün işlədilir. Bir neçə saatdan bir neçə günə kimi döyünən, zoqquldayan ağrının əsl səbəbi hələ elmə məlum deyil. Hələ də alimlər araşdırma aparır, yeni müalicə növləri axtarır.

Son.az medicina.az-a istinadən elmə məlum olan miqrenin tiplərinin fərqini təqdim edir

Ümumi miqren - Auralı və ya aurasız

İndi ən geniş yayılmış tipi budur. 80% hallarda auralı miqren rast gəlinir.

Tipik əlamətləri bunlardır:

-1-3 sutkaya kimi davam edə bilir -Baş ağrısı dərmanlarının efekti olmur -Başın bir tərəfini tutur -Gicgah, alın və göz zoqquldayır, nəbz kimi atır -Olduğun yeri dəyişəndə, gəzəndə ağrı güclənir -Qoxu, işıq və səsə qarşı həssaslıq artır, çox qıcıqlanır -Səbəbsiz ürəkbulanma, hətta qusma -Halsızlıq

Klassik miqren

Bu da auralı ola bilər. Aura ağrı hissi verən müxtəlif simptomların sayını, təsirini ölşmək üçün işlədilir.

Aura harda özünü göstərir?

-Vizual problem yaradır - görmədə ikilik, bulanma, işığa həssaslıq Bİr gözdə yığılma olur, ağrı olur.

-Sensor pozulmalar - sanki iynə batır bədənə, üz, qol, ayaq keyiyir, başgicəllənmə olur

-Nitqdə problem - danışıq sanki pozulur

-Hərəkətdə pozulma - bədənin hərəkətini kontrol edə bilmir

-Eşitmədə təsir - küy, səs, qulaqbatma

Adətən aura miqrenin özündən 1 saat əvvəl gəlir, özünü göstərir və miqren tutmasında lap güclənir.

Xroniki miqren

(adsgarden = window.adsgarden || []).push({});