Niyə milçəklər pəncələrini birbirinə sürtür?


Digərləri 05 Okt 2019 21:35:00 276 0

Niyə milçəklər pəncələrini birbirinə sürtür?

Hamıya məlumdur ki, uçan həşəratların çoxu hamar şaquli səthdə belə asanlıqla hərəkət edə bilir. Sanki fizika qanunlarına zidd gedərək milçəklər güzgüyə, pəncərəyə, hətta tavana qonaraq özlərindən sonra qəhvəyi iz buraxırlar. Onlar bunu necə bacarırlar? Yoxsa Yerin cazibə qüvvəsi milçəklərə təsir etmir?

Son.az xpressa.net-ə istinadən bildirir ki, cazibə qüvvəsi yer səthində və ya atmosferdə olan bütün canlı və cansız obyektlərə təsir edir. Milçəklər bu baxımdan istisna deyil. Məsələ ondadır ki, milçəyin pəncələri xırda tükcüklərlə örtülüb. Onlar kimyəvi tərkibinə görə yağa oxşar xüsusi yapışqan maye ifraz edirlər. Məhz uçan həşəratların orqanizmində bu cür təbii yapışqanın olması onların ən çətin yerlərə maneəsiz keçməsinə imkan yaradır.

İnsanlar ilk dəfə alpinist ləvazimatı olmadan şaquli səthlərdə hərəkət etmək üçün kostyum yaradarkən heyvanların bu qeyri-adi xüsusiyyəti ilə tanış olublar. Lakin əlləri və ayaqlarında  yapışqan kağızların bərkidildiyi belə bir kostyumun ilk prototipi kütləvi istehsal üçün çox ağır olub.

Təbiətdə milçəklərin sağ qalmasına kömək edən təbii yapışqanın bir mənfi cəhəti var: maddə tez bir zamanda toz və çirklə örtülərək yapışqan xüsusiyyətini itirir. Yapışqan maddə olmayanda milçəklər hətta üfüqi səthdə hərəkət edə bilməyən, aciz canlıya çevrildikləri üçün onlar bu çatışmazlığı ilk baxışda paradoksal səslənən özünəməxsus gigiyena proseduruna əməl etməklə kompensasiya etməyə çalışırlar.

(adsgarden = window.adsgarden || []).push({});