VW TRoc da Black Style dəstinə sahib olub FOTO


Digərləri 05 Okt 2019 21:01:00 238 0

VW TRoc da Black Style dəstinə sahib olub  FOTO

Maraqlıdır ki, Volkswagen Tiguan modeli digər ölkələrdə böyük uğurla satılır. Lakin, nə hikmətdirsə, alman istehsalçısı bu modeli bizim bazarda satmaq istəmir. Çox güman ki, yanacağımızın keyfiyyəti alman istehsalçsını qane etmir. Azərbaycan kimi kiçik bazar üçün isə, Volkswagen modelin mühərrik çeşidinə dəyişiklik etmək fikrində deyil.

Eyni sözü bir müddət bundan öncə debüt etmiş  VW T-Roc krossoveri haqqında da demək olar. Avropda satılan krossover bu yaxınlarda Black Style dəstinə də sahib olub. 1.235 avroluq "qara" dəstin tərkibinə qara rəngli radiator barmaqlığı, yan güzgülərin gövdələri, qapı örtmələri, bamperlərin qara tərtibat elementləri və yeni 18-düymlük təkər diskləri daxildir. Əlavə ödənişlə qara rəngli təkər disklərini və damı sifariş etmək olar.

Son.az autograph.az-a istinadən bildirir ki, Volkswagen T-Roc Black Style modelinin özünəməxsus elementi arxa dayaqların qara-boz rəngli naxışları olan unikal tərtibatıdır.  Avtomobilin salonunu ay işığı rəngi ilə işıqlandırılır: bu zaman, ön panel parlaq qara, tavan isə tutqun qara rəngdə görünür.

Eyni zamanda, VW T-Roc modelinin mühərrik çeşidinə 190 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel aqreqatı daxil edilib. Güc aqreqatı 7-pilləli DSG "robotu" və tam ötürmə sistemi ilə tandemdə çalışır. Dizel krossover 100 km/saat həddini 7,2 saniyəyə toplayır. Avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə 5,2 litr təşkil edir. Almaniyada  VW T-Roc modelinin yeni modifikasiyası 35.105 avrodan başlayan qiymətlə satılır. 

(adsgarden = window.adsgarden || []).push({});