Bağdadda toqquşmalar yenidən başladyıb


Dünya 05 Okt 2019 21:04:00 233 0

Bağdadda toqquşmalar yenidən başladyıb

Şənbə günü Bağdaddakı nümayişçilər, hakimiyyət komendant saatı qaldırdıqdan sonra aksiya keçirmək üçün Təhrir meydanına yenidən gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, polis güvvələri Iraqın neft nazirliyinin binası yaxınlığında yolları bağlayıblar.

Qeyd edək ki, toqquşma zamanı ən azı beş nəfər ölüb.

Fələstin küçəsindəki Nahil ticarət mərkəzinin yaxınlığında ən az 500 aktivist mitinq keçirib. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.