Nicat tapan 4 dəstə


Digərləri 05 Okt 2019 20:45:00 238 0

Nicat tapan 4 dəstə

Quran ayələri bizlərə dünya hadisələrindən nicat tapan 4 dəstəni tanıtmışdır ki, onlara işarə edək:

1. Allaha və Peyğəmbərə (s) iman gətirənlər. "Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 10-11).

2. Allah yolunda mücahidə edənlər. "Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 11).

3. Təqva əhli. "Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq". ("Məryəm (s.ə)" 72).

4. Həqiqi Əhli-Beyt (ə) davamçıları. O kəslər ki, Əhli-Beyt (ə) vilayətini qəbul etmişdir və onların ardıcıllardır - onlar Əhli-Beyt (ə) davamçılarıdır. Əhli-Beyt (ə) davamçısı Allahı, Peyğəmbəri (s) və 12 İmamı (ə) qəbul edən, sevən və onlara daima yardım edən kəslərdir.

Yardım deyildikdə isə, onların sünnətini davam etdirmək və onlara itaət etmək nəzərdə tutulur. İmam Sadiq (ə) buyurur: "Bizim davamçımız deyildir o kəs ki, dili ilə bizim davamçımız olduğunu deyər, ancaq rəftar və əməlləri bizim rəftar və əməllərimizin əksi olar.

(adsgarden = window.adsgarden || []).push({});