Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar


Digərləri 05 Okt 2019 20:20:00 347 0

Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər "Həmd" ("Fatihə") surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, "Həmd" surəsi 7 dəfə ağır gələr".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim "Həmd" surəsini oxuyar - səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər".

Həzrət Peyğəmbər (s) buyurur: ""Həmd" surəsinin fəziləti - ərşi həml edənlərin fəziləti kimidir. Hər kim onu oxuyarsa, ərşi həml edənlərin savabı kimi savab ona verilər".

Hərarəti yüksək olanlara yardım edər.

İmam Sadiq (ə) buyurur: "Hər kim imanla "Həmd" surəsini 40 dəfə ixlasla, Allaha diqqət edərək su qədəhinə oxuyarsa, həmin suyu hərarəti olan şəxsin üzərinə səpərsə - hərarəti düşər".

(adsgarden = window.adsgarden || []).push({});