Soyuq müharibəni udmağa Rusiya üçün beş yol


Digərləri 05 Okt 2019 20:05:00 270 0

Soyuq müharibəni udmağa Rusiya üçün beş yol

Sonuncu kitabı "Faydasızdır: nüvə silahı və ABŞ-ın milli təhlükəsizliyi" ("No Use: Nuclear Weapons and U.S. National Security, 2014) adı altında işıq üzü görən Hərbi Dəniz Kollecinin milli təhlükəsizlik məsələləri üzrə professoru Tom Nikols (Tom Nichols) "The National Interest" qəzetində yazır: "Sovet İttifaqı ilə planetar münaqişənin - 2003-cü ildə qələmə aldığım kitabımda onu "dünyanın fəthi" uğrunda mübarizə adlandırmışam -  yaxın olduğunu düşüyündüyümüz çoxlu məqam olub. Bu faktları nəzərə alaraq, gəlin, bu və ya başqa seçimin SSRİ-nin qlobal qələbəsinə olmasa da, ən azından onun sağ qalmasına gətirib çıxara biləcək beş tarixi dövrü nəzərdən keçirək".

1938-ci il: Stalin istedadlı kommunistlərin hamısını öldürmür

"Stalin həlak olan istedadların yerinə yüksək vəzifələrə təcrübəsiz gəncləri təyin edib (düzdür, onların loyallığı artıq şübhə doğurmayıb). Nəticədə heyətdə qəribə vəziyyət alınıb; məsələn, Stalin ordusu o qədər zabiti "biçib" ki, 1941-ci ildə SSRİ nasist hücumuna məruz qalanda hərbi məktəblər tədris müddətini vaxtından əvvəl bitirməli olub. Leytenant olması gərəkən iyirmi yaşlı gənclər qəfildən mayor, polkovnik, hətta general rütbəsinə yüksəlib", - məqalədə deyilir.

"Ön plana keçən gənc partiya üzvlərinin təcrübəyə, cəsarət və təşəbbüskarlığa ehtiyacı olub. Əslində onların yalnız bir vacib təcrübəsi olub: onlar Stalinin başçılıq etdiyi Rusiyada necə sağ qalmaq lazım gəldiyini biliblər. Bu hiss sovet rutinində onlara yaxşı kömək olub, ancaq onların fərasəti və böhranları həll etmək qabiliyyəti olmayıb. Qədim Yunanıstanda müdrik hökmdarlar kimi Stalin də öz tarlasında ən hündür buğda sünbüllərini kəsməklə orada orta dərəcəli sünbülləri saxlayıb. Nikita Xruşov, Leonid Brejnev və daha kiçik kalibrli, səriştəsiz rəhbərlərin haqlı olaraq unudulmasına da bu səbəb olub",- məqalə müəllifi yazır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, Nikols qeyd edir ki, əgər Hitlerin məğlubiyyətə uğradığını ehtimal etsək, "onda Sovet İttifaqı asfaltın altına düşən ehtiyatlı bürokratlarla kifayətlənmək yerinə, ən azından 1950-ci illərə  döyüşlərdə möhkəmlənmiş inqilabçılarla girə bilərdi".

1947-ci il: Trumen soyuqqanlılığını itirir

"1947-ci ildə prezident Harri Trumen (Harry S. Truman) qərar verməli idi: Amerika həqiqətən Böyük Britaniyanın izi ilə gedib, Avropa nizamının nəzarətçisi olacaq? Yunanıstanda kommunist üsyançılarla vətəndaş müharibəsi başlayıb. Son otuz ildə iki dünya müharibəsindən xaraba qalan və ruh yüksəkliyini itirən Qərbi Avropa ölkələri də inqilabçıların, işğalçıların asan yeminə çevrilə bilərdilər. Sovet İttifaqının baş ideoloqu Andrey Jdanov "iki düşərgə" haqqında tezisini elan etməklə, dünyanın seçimini iki variantla məhdudlaşdırıb: ya sosializm, ya kapitalizm. Pazlın bütün elementləri düz gəlib. İrəliləmək üçün Sovet İttifaqının ehtiyacı olduğu yeganə şey Amerikanın geri çəkilməsi idi", - professor yazır.

(adsgarden = window.adsgarden || []).push({});