İmam Səccadın (ə) Kərbəlada neçə yaşı var idi?


Digərləri 05 Okt 2019 20:10:00 279 0

İmam Səccadın (ə) Kərbəlada neçə yaşı var idi?

Tarix kitabları İmam Səccadın (ə) Kərbəlada olan mühüm rolundan çox bəhs etmişdir. Bəzilərinin nəzərinə görə, İmamın (ə) Kərbəla hadisəsi zaman 24 yaşı var idi. Bəzilərinin nəzərinə görə isə 22 yaşı var idi.

Muhəmməd ibni Səd yazır: "Əli ibni Hüseyn (ə) Kərbəla hadisəsində atası ilə birlikdə idi. Bu zaman onun 23 yaşı var idi. Onun övladı İmam Muhəmməd Baqir (ə) də atası ilə birlikdə idi. 3 və ya 4 yaşı vardı. İmam (ə) ağır xəstələndiyi üçün, cihadda iştirak edə bilməmişdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah, onu müsəlmanları hidayət etməsi üçün qorumuşdu. Peyğəmbərin (s)imamət nəsli İmam Hüseyndən (ə) İmam Səccada keçmişdir".

Şeyx Mufid bu haqda yazır: "O zaman ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içdi, Şimr (lən), İmam Səccadı (ə) öldürmək məqsədi ilə hücum etdi. İmam Səccad (ə) xəstə yatağında idi. Həmid ibni Müslim müdafiə üçün ayağa qalxdı və Şimrin (lən) hücumunun qarşısını aldı. Ömər Səd isə onun bu ağır xəstəliyinə baxmayaraq, qalan əsirlərlə birlikdə Kufəyə yola saldı".

Tarix nəql edir ki, İmamın (ə) xəstəliyi çox az müddət çəkmişdir. İmam (ə) sağalandan sonra 35 il imamlıq etmişdir.

Aşura hadisəsinin indiyə qədər bizlərə gəlib çatmasında Xanım Zeynəb (s.ə) ilə İmam Səccadın (ə) rolu misilsiz olmuşdur. Bəni-Üməyyə bu hadisənin üstünü hər nə qədər basdırmağa çalışsa da, İmamın (ə) və Xanım Zeynəbin (s.ə) fədakarlıqları sayəsində unudulmadı.

(adsgarden = window.adsgarden || []).push({});