Xeyir işə niyyət etmək, onu yerinə yetirmək kimidir


Digərləri 05 Okt 2019 19:40:00 297 0

Xeyir işə niyyət etmək, onu yerinə yetirmək kimidir

Xeyir işin niyyəti - onu yerinə yetirmək kimidir. Yəni, xeyir işi niyyət etmək o qədər mühüm mövzudur ki, onu yerinə yetirməyə bərabər tutulur.

Allah Təala xeyir işi görəni mədh edər və bütün peyğəmbərlər (ə), Məsumlarımız (ə) xeyir əhli olmuşdular. Onlar özləri də insanları xeyir işlərə dəvət edərdilər. (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yaxşı sözü başqasına öyrədər və o, da həmin sözü deyər, Allah Təala onun üçün 10 həsənə yazar, 10 günahını aradan aparar və ona 10 dərəcə mərhəmət edər".

Son.az deyerler.org-a istinadən bildirir ki, çünki Allah insanları sevir və istəyir ki, yaxşı sözlər öyrənsinlər. Allah Təala bu əməl üçün ona görə savab təyin edir ki, insanları ona həvəsləndirsin. Yəni, baxın xeyir iş nə qədər gözəldir və dərəcənizi qaldırar.

Günahların bağışlanmasını başa düşmək olar, bəs dərəcənin qaldırılması nə deməkdir? Yəni, aləmlərin Pərvərdigarı insanı bir haldan malik olmadığı başqa bir hala salar. İnsan bəzən bunu hiss edər, bəzən də etməz. İlahi övliyalar hər gecə Allaha belə dua edərdilər: "Bizim halımızı ən yaxşı hala dəyişdir!". Ancaq pisliyə tərəf deyil, daha yaxşı hala tərəf. Çünki onların halı dayanmazdı, daima hərəkətdə idi.

Xeyir əməl o qədər yaxşıdır ki, Allah Təala buyurur: "Mən onları az hesab etmirəm, siz də həqir hesab etməyin". Əslində Allah bizim əməllərimizi istəmir, sadəcə təzahür etdirməyimizi istəyir ki, biz xeyirxah insanıq, yoxsa yox. Qalan şeylər bəhanədir. Əməl bəhanədir, namaz bəhanədir, oruc bəhanədir.

(adsgarden = window.adsgarden || []).push({});