İngiltərədə avtobus aşıb: 10dan çox adam xəsarət alıb


Dünya 05 Okt 2019 19:22:00 308 0

İngiltərədə avtobus aşıb: 10dan çox adam xəsarət alıb

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir".

Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.