“Heç kimin milyarder olmağa haqqı yoxdur, bu qədər sərvət yığmaq ədalətli deyil...”


Digərləri 05 Okt 2019 18:52:00 275 0

“Heç kimin milyarder olmağa haqqı yoxdur, bu qədər sərvət yığmaq ədalətli deyil...”

Dünyada ən populyar sosial şəbəkə olan Facebook-un sahibi və baş direktoru Mark Zukeberq ABŞ prezidentliyinə keçmiş iddiaçı Bernie Sanderin bu mövqeyi ilə razıdır ki, dünyada milyarderlər olmalı deyil.

Son.azVirtualaz.org-a istinadən xəbər verir ki, Zukeberq öz əməkdaşları ilə sual-cavab axşamında söhbətləşib. Suallardan biri belə olub: "Siz demokratların prezidentliyə namizədi olmuş Sandersin dünyada milyarderlərin mövcudluğunun düzgün olmadığı haqda sözlərinə necə yanaşırsınız?"

Bernie Sanders belə fikirlə özünün Tvitter-bloqunda çıxış etmişdi.

"Heç kimin bu qədər pula sahib olmağa haqqı yoxdur. Mən düşünürəm ki, nəsə yaxşı iş gördüyünüz üçün mükafatlandırılmalısınız, amma bu qədər sərvət cəmləmək məqsədyönlü və ədalətli deyil",-Mark Zukeberq bildirib.

Zukeberq bu yaxınlarda 40 yaşdan gənc ən varlı amerikalı elan edilib. "Forbes"in hesablamalarına görə onun kapitalı 70 milyard dollara yaxındır.

(adsgarden = window.adsgarden || []).push({});