Niyə Həzrət Əlinin xilafəti zamanı heç bir ölkə fəth olunmadı?


Digərləri 05 Okt 2019 19:15:00 295 0

Niyə Həzrət Əlinin xilafəti zamanı heç bir ölkə fəth olunmadı?

Bəzi şəxslər Həzrət Əlinin (ə) beş illik xilafəti dövründə heç bir xarici ölkənin fəth edilmədiyini və torpaq tutulmadığın o həzrətin bacarıqsızlığı ilə bağlamağa çalışırlar. Bu cür yanaşma kökündən yanlışdır. Doğrudur, İmam Əli (ə) özündən əvvəlki və sonrakı xəlifələr kimi qeyri-müsəlman torpaqlarını xilafətin tərkibinə qatmadı. Lakin əvvəla, hər hansı xəlifənin şəxsi keyfiyyətləri və hakimiyyətinin bərəkətli olması onun zamanında xarici ölkələrin fəth edilməsi ilə ölçülməz. Elə isə, Peyğəmbərin zamanında da Ərəbistan yarımadasından kənarda heç bir torpaq fəth edilməmişdi. İkincisi, İmam Əlinin (ə) yaşadığı dövr ona xilafət xaricində fəthlər aparmağa icazə vermədi. O həzrət cəmi 5 illik hakimiyyəti boyunca üç ağır savaşa cəlb edildi. Həzrətin ən böyük xidməti İslam xilafətini daxili düşmənlərdən təmizləmək və münafiq şəxsləri cəzalandırmaq oldu. Bu mənada İmam Əlinin (ə) üç böyük savaşda qazandığı qələbə, apardığı uğurlu daxili siyasət, maarifləndirmə işləri heç də başqa xəlifələrin fütuhatından az əhəmiyyətli olmamışdır.

(adsgarden = window.adsgarden || []).push({});