Kərbəla sözü nə deməkdir?


Digərləri 05 Okt 2019 19:20:00 324 0

Kərbəla sözü nə deməkdir?

Kərbəla sözünə çoxlu məna verilmişdir. Bu sözün bir çox mənaları vardır. Onlardan biri -  "müsibət və bəla diyarı"dır. Kərbəla sözü iki sözdən əmələ gəlmişdir. Biri "kərb" ki, mənası "nicat" deməkdir, biri isə "bəla"dır.

Hədislərimiz buyurur ki, Kərbəla - həmçinin bir qissədir ki, Allah onda Nuha (ə) və ona iman gətirənlərə nicat vermişdir. "Və Nuhu - onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq". ("Ənbiya" 76).

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimdə oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) və onun qövmünə nicat verməyi "kərb" sözü ilə bəyan etmişdir. Kərb sözü Quranda dörd dəfə istifadə olunmuşdur. "Həqiqətən Biz Musa və Haruna da nemət verdik. O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik". ("Saffat" 114-115).

Quran İlahi peyğəmbərləri (ə) insanları hidayət etmək üçün göndərmişdir. Onlara buyurmuşdur ki, insanları səbir və ibadət ilə hidayət etsinlər. İmam Hüseyn (ə) bu İlahi peyğəmbərlərin (ə) sanki təcəssümü idi. Bu səbəbdən Həzrət Peyğəmbər (s) İmam Hüseyni (ə) hidayətin yanar çırağı adlandırmışdır.

Allaha tərəf hərəkət etmək, kamala və İlahi qürb məqamına çatmaq - insanın dünyadakı hədəfləri və axirətə çatmaq istəyidir. Bu yol dünyadan keçər. Bu yolun çoxlu eniş və yoxuşları vardır. Bu yolda çoxlu qarətçilər və quldurlar gizlənmişdir.

Məsələ burdadır ki, necə edək ki, bu təhlükəli yoldan rahat şəkildə keçə bilək? Bu zaman Peyğəmbərin (s) buyurduğu həmin söz yada düşür.

(adsgarden = window.adsgarden || []).push({});