İngiltərədə avtobus aşıb: 10-dan çox adam xəsarət alıb


Digərləri 05 Okt 2019 19:14:53 300 0

İngiltərədə avtobus aşıb: 10-dan çox adam xəsarət alıb

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb

Bakı, İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb. Trend-in məlumatına görə, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir". Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.