Oktay Kaynarca izləyicisini təhqir etdi


Digərləri 05 Okt 2019 18:58:00 319 0

Oktay Kaynarca izləyicisini təhqir etdi

Aktyor Oktay Kaynarcanın mərhum həmkarı Tarık Ünlüoğlunun vida mərasimində çəkdirdiyi şəkil qalmaqala səbəb olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, Kaynarca mərasimdə aktyor Selçuk Yöntemlə çəkilən şəklini İnstaqramında yayımlayıb.

İzləyicilərdən biri şəklin altına "Ən yaxınım öləndə 1 ay özümə gəlmirəm. Bunlar foto çəkdirir. Qardaşım, bu necə olur izah edə bilərsən?" sözlərini yazıb.

Əsəbiləşəm Kaynarca "Sən və sənin kimi həddini bilməyən, tərbiyəsiz, boş danışan və psixi xəstəyə cavabım: Oxu, axmaq, oxu ki, hər şeyi bildiyinizi düşünməyəsiniz. İnsanları tənqid etmə. Mədəniyyətimizi yemədik, yemərik də. Beyninə sox ki, orada əylənməyimə söz atmağının cavabı pis olacaq. İnsanları ələ salmaqdansa, get iş tap" sözlərini ünvanlayıb.

(adsgarden = window.adsgarden || []).push({});