Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?


Şou-biznes 05 Okt 2019 16:32:00 332 0

Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?

"Novaya fabrika zvyozd" (Yeni ulduz fabriki) misiqi layihəsinin finalçısı, Sumqayıtdan olan azərbaycanlı müğənni Elman Zeynalov "Dom-2" layihəsinin iştirakçısı Maksim Vaytexovskinin keçmiş həyat yoldaşı, koreyalı model, Moskvadakı şou-rumların sahibi Marqarita Tsoy ilə romantik münasibətlərə başlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tsoy müğənni ilə birgə şəkillərini özünün "Instagram" səhifəsində paylaşıb. Zeynalov uzun müddət heç kəslə görüşməyib. Amma görünür o, koreyalı modelin gözəlliyi qarşısında dayana bilməyib. Cütlük hətta birlikdə Parisdə də olublar.

Tsoy ifaçı ilə birgə şəkillərini kifayət qədər tez-tez yayır. Zeynalov özü isə şəxsi həyatının təfərrüatlarını açıqlamağı o qədər də sevmədiyindən, paylaşımlarında bu qəbildən olan şəkilləri istisna edir.

Marqarita Tsoyun Moskvada gözəllik salonları var. Bundan əlavə, o, modelliklə məşğul olur. 2016-cı ildə "Dom-2" layihəsinin iştirakçısı olan Maksim Vaytexovskiyə ərə gedib. Lakin bir müddət sonra cütlük naməlum səbəblərdən ayrılıb.

(adsgarden = window.adsgarden || []).push({});