İranda saxlanılan rusiyalı jurnalist tezliklə buraxılacaq


Dünya 05 Okt 2019 16:26:00 278 0

İranda saxlanılan rusiyalı jurnalist tezliklə buraxılacaq

Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzik tezliklə azad olunacaq.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. Musəvinin sözlərinə görə, jurnalist bəzi izahatlar vermək məqsədilə saxlanılıb.

Rusiyanın Tehrandakı səfirliyinin mətbuat-attaşesi Andrey Qanenko isə bildirib ki, İran hökuməti diplomatik missiyanı Yuzikin buraxılacağı ilə bağlı məlumatlandırmayıb. İranın Moskvadakı səfiri Mehdi Sənani də jurnalistin sərbəst buraxılacağını təsdiqləyib.

Qeyd edək ki, Yuzik Tehrana səfəri zamanı sərhədçilər tərəfindən pasportu alınıb. Daha sonra isə jurnalist oteldə saxlanılıb. Yuzik İsrail xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunurdu.