Məşhur şairin oğlu avtomobil qəzasına düşdü


Digərləri 05 Okt 2019 15:44:00 282 0

Məşhur şairin oğlu avtomobil qəzasına düşdü

"Şəhriyar" təxəllüslü məşhur şair Məhəmməd Hüseyn Behcət Təbrizinin oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, şairin oğlu Təbrizin İmam Rza xəstəxanasında reanimasiya şöbəsindədir.

Komada olan Hadi Behcətin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şair Məhəmməd Hüseyn Şəhriyarın üç övladı var. Şəhrzad və Məryəm qızları Tehranda, Hadi isə Təbrizdə yaşayır. Hadi Ustad Şəhriyar Muzeyinin rəhbəridir.