“Kids Fashion 2019“ ilk dəfə Gəncədə


Kriminal 05 Okt 2019 15:29:00 297 0

“Kids Fashion 2019“ ilk dəfə Gəncədə

"Star Kids Group MMC" şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində ilk dəfə olaraq 12 oktyabr saat 17:00 Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 1200 nəfərlik böyük zalında möhtəşəm "Kids Fashion Ganja 2019" layihəsi keçiriləcək.

"Kids Fashion Ganja 2019" layihəsində 4-14 yaş arasında uşaqlar iştirak edəcəklər. Tədbirdə 70 model, 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız-qış kolleksiyası nümayiş olunacaq. İştirak edən modellərin 40 nəfəri qız, 30 nəfəri oğlan olacaq. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər - başda tanınmış Əməkdar- İncəsənət xadimi Modelyer-Dizayner Fəxriyyə Xələfova iştirak edəcək!

Məqsədimiz Azərbaycanda xususi istedada malik olan uşaqların və gənclərin yaradicılıq potensialını inkişaf etdirməklə yanaşı onların ilk öncə vətənimizdə daha sonra ölkə xaricində tanıtmaqdır!

Tədbirin layihə rəhbəri "Star Kids Group" şirkətinin direktoru Aygün Əliyeva, Münsiflər heyyətinin sədri Fəxriyyə Xələfovadır!

(adsgarden = window.adsgarden || []).push({});