Sumqayıtda restoran yanıb


Digərləri 05 Okt 2019 14:50:00 239 0

Sumqayıtda restoran yanıb

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranın mətbəxində 2 ədəd məişət avadanlığı və mebel 6 m² sahədə qismən yanıb.

Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.