İstirahət gününün HAVAsı


Digərləri 05 Okt 2019 13:29:00 311 0

İstirahət gününün HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fəyişkən buludlu. Yağmursuz.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  24-28° isti,

Bakıda gecə 17-19° isti, gündüz 25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.