Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnikleytenantı məhkəmə qarşısında


Digərləri 05 Okt 2019 12:26:00 249 0

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnikleytenantı məhkəmə qarşısında

Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Namiq Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib.