Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib


Kriminal 05 Okt 2019 11:56:00 375 0

Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib

Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Son.az xəbər verir ki, yaxınlarının Trend-ə dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin karanar sindromu diaqnozu qoyulub.

Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.