Bu da "Uşağı olmayacaq" deyilən Nigarın


Şou-biznes 05 Okt 2019 10:44:00 438 0

Bu da "Uşağı olmayacaq" deyilən Nigarın

Tanıdığı imkansız ailənin yeni doğulan körpəsini övladlığa götürən Əməkdar artist Nigar Şabanova "Şou ATV"nin efirində qonaq olub.

Son.az xəbər verir ki, 30 yaşlı xanım sənətçi Nəfsə adlı qızını studiaya gətirərək ilk dəfə üzünü göstərib.

Nigar heç vaxt qızından onun ögey anası olduğunu gizlətməyəcəyini bildirib:

"Niyə gizlədim ki? Burada gizlin heç bir şey yoxdur. Allahdan gizlin deyilsə, bəndədən niyə gizlin olsun ki? Düzdür, ailə bunu istəmir bilsinlər. Amma heç vaxt-heç vaxt demək olmaz. Bilmək olmur sabah nə olacaq. Ola bilər ki, görmək istəyərlər. Buna heç vaxt qadağa qoymaram. Bəlkə elə Nəfsə özü deyəcək "Mən əsl anamı, atamı bilmək istəyirəm". Çünki, mən inanmıram ki, Nəfsə mənə sabah dönük çıxa bilər. Çünki mən anama, atama dönük övlad olmamışam. Valideynlərim üçün edəcəyim heç bir şey yoxdur. Ona görə, mən necə övlad olmuşamsa valideynlərimə, Allah onu mənim qabağıma çıxardacaq". 

(adsgarden = window.adsgarden || []).push({});