Bakıda iki nəfər küçədə bir-birini ürəyindən bıçaqladı
Digərləri 05 Okt 2019 10:31:00 225 0
Bakıda iki nəfər bıçaqlanıb.
Bakı. Samir Əli -
Bakıda iki nəfər bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında baş verib.
İsmayıllı rayon sakini, 1979-ci il təvəllüdlü Nağıyev Sərraf Ağazadə oğlu Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 1977-ci il təvəllüdlü Həşimov Ramin Mikayıl oğlu 3-cü mikrorayon dairəsində mübahisə edib. Mübahisə zamanı hər iki şəxs bir-birini ürəyindən bıçaqlayıb. Nəticədə S.Nağıyev döş qəfəsinin, boyun, çənə və dirsək nayihələrinin kəsilmiş-deşilmiş yaraları, R.Həşimov isə döş qəfəsinin, kürək və qol nayihələrinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Mənbə: az.trend.az