“Google Maps” xidmətindən adsız istifadə etmək mümkün olacaq


Digərləri 05 Okt 2019 08:55:00 245 0

“Google Maps” xidmətindən adsız istifadə etmək mümkün olacaq

"Google" şirkəti öz müştərilərinə "Google Maps" onlayn-xəritə xidmətindən adsız istifadə üçün imkan yaradacaq. Bu məlumatı şirkətin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, "Google Maps" onlayn-xəritə xidmətindən istifadə zamanı "adsız" rejiminə keçməklə sizin bu mobil əlavədə hərəkətiniz şəxsi hesabınızda qeyd olunmayacaq. Korporasiya bildirib ki, Android əməliyyat sistemində işləyən mobil cihazların istifadəçiləri artıq bu ay yeni sistemdən istifadə edə biləcəklər. İOS sistemi ilə işləyən smartfon istifadəçiləri isə bu imkana bir qədər gec malik olacaqlar.

Son.az techland.az-a istinadən bildirir ki, sözügedən dəyişikliklər "Google" şirkətinə məxsus olan YouTube videohostinqini də əhatə edəcək. Buradakı əlavələrin yenidən nizamlanması axtarışla bağlı tarixçəni avtomatik silməyə kömək edəcək. "Sizin məlumatların saxlanılması tarixini daxil edin və məsələn, üç ay və ya 18 aydan sonra biz geri qalanını özümüz həll edəcəyik", -deyə mətbuat açıqlamasında bildirilir.

Korporasiyanın bu addımı ötən il Associated Press agentliyinin müştərilərin icazəsi olmadan onların şirkət tərəfindən izlənilməsi ilə bağlı qalmaqallı məqaləsi ilə əlaqədar atılıb. Bu səbəbdən cari ilin avqustunda ABŞ-ın Kaliforniya ştatındakı San-Diyeqo şəhərinin sakini korporasiyanı məhkəməyə verib.

(adsgarden = window.adsgarden || []).push({});