Məşhur şirkətləri markaya çevirən ilk addımlar


Digərləri 05 Okt 2019 08:59:00 266 0

Məşhur şirkətləri markaya çevirən ilk addımlar

Hazırda dünyanın dörd bir yanında tanınan şirkətlərin bir çoxunun təməlində kiçik biznes planları dayanır. D.Trampın diliylə desək "Maliyyə rifahına nail olmaq yolunda edəcəyiniz ən böyük səhv uğurlu ideyaya sahib olduğunuz halda onu gerçəkləşdirmək üçün səy göstərməməyinizdir". 

Son.az banco.az-a istinadən xəbər verir ki, bu biznes planlarının nə dərəcədə gerçəkləşməsi isə hazırda tanıdığımız markaların sayəsində göz önündədir. Bəs görəsən hazırda maliyyə bazası milyonlarla ölçülən məşhur şirkətlərin ilk addımları necə olub?

Dünyaca məşhur texnologiya nəhəngi "Samsung" fəaliyyətinə un məhsullarının istehsalı ilə başlayıb. İstehsal edilən müvafiq məhsulların Çinə satışı həyata keçirilirdi. Koreya müharibəsindən sonra Cənubi Koreya sənayeləşmə istiqamətində addımlar atdı. Beləliklə "Samsung" toxuculuq sektoruna keçid etdi. Texnologiya sahəsinə inteqrasiya dövrü isə 1970-ci illərə təsadüf edir.

"Sony"nin qurucularından biri olan Masaru Ibuka 1946-cı ildə düyü bişirən kiçik cihaz hazırlayır. Lakin bu sadə maşın düyünü ya həddindən çox ya da alaçiy bişirirdi. Buna görə də məhsul heç vaxt bazara buraxılmadı. Ancaq cihaz hazırda "Sony"də qorunub saxlanılır.

"IKEA"nın qurucusu Kamprad kibrit, çiçək toxumu və milad ağacı bəzəkləri kimi sadə məhsulları sataraq ticarətə başlayıb. Mebel nəhəngini yaratdığı zaman cəmi 17 yaşında olan Kamprad mağazada əvvəllər corab, zərgərlik məmulatları, saat, qələm və çərçivə kimi mallar satır və göndərirdi.

"Toyota" yaranmasının ilk illərində avtomatik toxucu dəzgahı ilə bazara daxil olur. Dövrünün ən qabaqcıl toxuculuq cihazını təqdim edən şikət hazırda eyni dəzgahların istehsalını davam etdirir.

(adsgarden = window.adsgarden || []).push({});