Samuxda yol qəzasında xəsarət alan şəxslərin adları məlum oldu


Digərləri 05 Okt 2019 08:13:00 326 0

Samuxda yol qəzasında xəsarət alan şəxslərin adları məlum oldu

Samuxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, onlardan ikisi, sürücülər - Samux sakinləri 1987-ci il təvəllüdlü Qasımov  Rafiq və 1986-cı il təvəllüdlü Mustafayev Rüstəmdir.

Yaralanan üçüncü şəxsin vəziyyəti ağır olduğundan özəl klinikalardan birinə aparılıb.

Hadisə rayonun Qırmızı Samux kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toquşub. Qəza nəticəsində hər iki sürücü və bir sərnişin xəsarət alıb.