Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil


Siyasət 05 Okt 2019 08:03:00 95 0

Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, o, Ermənistan XİN-in mətbuat xidməti tərəfindən ən son şərhində "Dağlıq Qarabağ xalqının" maraqları məsələsinin bir daha səsləndirilməsi ilə bağlı suala belə cavab verib::

"Bu barədə Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Valday" beynəlxalq diskussiya klubunda çıxışı zamanı bu məsələyə kifayət qədər əsaslı, aydın, konkret və qətiyyətli cavabını verib.

Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe isə öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyildir, çünki dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq. Ümumiyyətlə, Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə "xalq" anlayışına rast gəlinmir. Hətta Ermənistan XİN-in mətbuat xidmətinin özünün istinad etdiyi ATƏT-in Mink Qrupunun həmsədrlərinin birgə bəyanatları və münaqişənin iki tərəfi arasındakı razılaşmalarda aydın şəkildə "əhalilərin sülhə hazırlanmasından" söhbət gedir. Azərbaycanın dövlət başçısı hər bir kəsə aydın olacaq şəkildə izah etdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil, burada söhbət Azərbaycanın sözügedən bölgəsinin azərbaycanlı və erməni icmalarından ibarət əhalidən gedir.

Əgər Ermənistan tərəfi həqiqətən bu bölgədə demokratiyanın qələbə çalmasında maraqlıdırsa, o zaman Ermənistan, Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti həyata keçirən bir tərəf kimi, ilk növbədə, öz qoşunlarını bu ərazilərdən çıxarmalı və bu torpaqlardan zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin geri dönüşünə, yəni onların qanuni və demokratik hüquqlarının təmin olunmasına əngəl törətməməlidir".

“Windows 10X” əməliyyat sistemi nümayiş olunub like
  • 05 Okt 08:01  
Digərləri “Windows 10X” əməliyyat sistemi nümayiş olunub

"Microsoft" korporasiyası ikiekranlı və elastik qurğulara quraşd

arrow Ətraflı
Bakıda əlil şəxs arabası ilə birlikdə küçədə itkin düşdü like
  • 05 Okt 07:56  
Digərləri Bakıda əlil şəxs arabası ilə birlikdə küçədə itkin düşdü

Bakıda əlil küçədə arabası ilə birlikdə itkin düşüb.

arrow Ətraflı
Muğam Mərkəzində aşıq musiqilərindən ibarət konsert olacaq like
  • 05 Okt 07:55  
Digərləri Muğam Mərkəzində aşıq musiqilərindən ibarət konsert olacaq

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəs

arrow Ətraflı
Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ olub like
  • 05 Okt 07:45  
Dünya Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ olub

Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Avropa İttifaqında məişət cihazlarının təmiri asanlaşacaq like
  • 05 Okt 07:41  
Digərləri Avropa İttifaqında məişət cihazlarının təmiri asanlaşacaq

Avropa İttifaqı hakimiyyəti istifadədə olan məişət cihazlarının təmir

arrow Ətraflı
"Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib  FOTO like
  • 05 Okt 07:35  
Digərləri "Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib FOTO

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəst

arrow Ətraflı
Dünya İqtisadi Forumu biznesin aparılması üçün əsas riskləri açıqlayıb like
  • 05 Okt 07:31  
Digərləri Dünya İqtisadi Forumu biznesin aparılması üçün əsas riskləri açıqlayıb

Mümkün maliyyə böhranı bütün dünyada biznesin aparılması üçün ən b

arrow Ətraflı
Başsız robot pişik stresslə mübarizədə kömək edəcək  VİDEO like
  • 05 Okt 07:21  
Digərləri Başsız robot pişik stresslə mübarizədə kömək edəcək VİDEO

Yaponiyanın "Yukai Engineering" şirkəti başsız robot pişik təqd

arrow Ətraflı
Bağdaddakı etirazlar zamanı dörd nəfər naməlum snayperlər tərəfindən güllələnib like
  • 05 Okt 07:15  
Digərləri Bağdaddakı etirazlar zamanı dörd nəfər naməlum snayperlər tərəfindən güllələnib

Oktyabrın 30-da İraqın paytaxtı Bağdadda keçirilən etirazlar zamanı ən

arrow Ətraflı
Yeni nəsil “GPS” sistemi yaradılıb like
  • 05 Okt 07:11  
Digərləri Yeni nəsil “GPS” sistemi yaradılıb

Dünyanın ən böyük hərbi sənaye korporasiyalarından olan "Raytheon&q

arrow Ətraflı
Türkiyədə iki PKK terrorçusu zərərsizləşdirilib like
  • 05 Okt 06:39  
Digərləri Türkiyədə iki PKK terrorçusu zərərsizləşdirilib

Türkiyədə iki PKK terrorçusu zərərsizləşdirilib

arrow Ətraflı
Qəzza zolağından iki raket buraxılıb like
  • 05 Okt 05:40  
Digərləri Qəzza zolağından iki raket buraxılıb

İsrail ordusu Qəzza zolağından iki raketin atıldığını deyib

arrow Ətraflı
İtaliyada atışmada iki polis əməkdaşı həlak olub like
  • 05 Okt 04:54  
Digərləri İtaliyada atışmada iki polis əməkdaşı həlak olub

İtaliyanın şimalındakı Triest şəhərində baş verən atışma nəticəsi

arrow Ətraflı
"Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib like
  • 05 Okt 03:04  
Digərləri "Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib

Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən istehsal edilmiş “Gülləl

arrow Ətraflı