Başsız robot pişik stresslə mübarizədə kömək edəcək VİDEO


Digərləri 05 Okt 2019 07:21:00 278 0

Başsız robot pişik stresslə mübarizədə kömək edəcək  VİDEO

Yaponiyanın "Yukai Engineering" şirkəti başsız robot pişik təqdim edib.   Son.az ictnews.az-a istinadən bildirir ki, Berlində keçirilən "IFA-2019" sərgisində nümayiş olunan yeni qurğunun əsas vəzifəsi insana stresslə mübarizə aparmaqda kömək etməkdir.   Məlumata görə, başsız robot pişik canlı heyvanların etdiyi kimi quyruğunu yelləyir. "Qoobo" adlı texnologiyanın effektivliyi aparılan bir neçə psixoloji test zamanı sübuta yetirilib.   Robot pişik tumarlanan zaman tərpənməyə başlayır və quyruğunu bulayır. Qurğunun effektivliyi bir neçə könüllünün üzərində aparılan sınaqlarda qiymətləndirilib. Şirkət mütəxəssisləri könüllülərin stress səviyyəsini qiymətləndirdikdən sonra onlara robot pişiyi tumarlamağa icazə veriblər. Bu proses başa çatdıqdan sonra sorğu keçirilib.   Tədqiqatdan məlum olub ki, qurğu insana apatiya və yorğunluq səviyyəsini, eləcə də gərginliyi azaltmağa imkan verib və depressiya ilə mübarizə aparmağa kömək edib. İndiyədək satılan "Qoobo" qurğularının sayı 10 min təşkil edir Son.az

(adsgarden = window.adsgarden || []).push({});