Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ olub


Dünya 05 Okt 2019 07:45:00 295 0

Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ olub

Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, təkanlar yerli vaxtla saat 23:20-də qeydə alınıb.

Zəlzələnin episentri Datça rayonundan 66 kilometr məsafədə olub. Yeraltı təkanların episentri təxminən 12 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.