Nə zaman çimmək xeyirlidir? Gündüz, yoxsa gecə?


Digərləri 04 Okt 2019 23:30:00 461 0

Nə zaman çimmək xeyirlidir?  Gündüz, yoxsa gecə?

Hər gecə 4 dəqiqə vanna qəbul etmək dəriyə xeyirdir.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu Avstraliyalı dermatoloq Leona Yip yuyunmağın faydaları haqqında danışarkən qeyd edib. Onun sözlərinə görə insanlar həmişə gündüz, yoxsa gecə çimməyin xeyirli olması barədə fikir ayrılığı yaşayırlar. Hər iki hal haqqında söz açan mütəxəssis bunların səbəblərini də açıqlayıb.

Onun sözlərinə görə, əgər insan isti iqlim şəraitində yaşayırsa, gündə iki dəfə yuyunmalıdır. Lakin bu mütləq olmalıdır deyə bir şey yoxdur. Bir dəfə yuyunmağın da xeyri var.    Həmçinin o, gecə çimməyin daha məqsədəuyğun və sağlıqlı olduğunu vurğulayıb. Səhərlər insan dərisi heç bir kirlənməyə məruz qalmır. Ona görə çimmək vacib deyil. Lakin gecə vanna qəbul edərək siz bütün gün ətraf mühitin çirklənməsi səbəbindən bədəninizdə toplanan kir hissəciklərindən xilas ola bilərsiz. 

Əgər siz gecə duş qəbul edirsinizsə, bu sizin daha yaxşı yatmağınıza səbəb olacaq. Bunu rutin halına çevirərək, beyninizin dincəlməsi üçün lazım olan rahat yuxunu təmin edə bilərsiniz. Əgər səhər duş almaq istəyirsinizsə, alın. Ancaq mütləq gecə duş qəbul edin. Təmiz halda yatağa girmək sinir sistemi yorğunluğu, qan dövranı və təzyiq kimi problemlərə kömək edir.

(adsgarden = window.adsgarden || []).push({});