Azərbaycan Prezidenti: Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib


Digərləri 04 Okt 2019 22:33:00 254 0

Azərbaycan Prezidenti: Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib

Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib

Bakı. Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakçıların suallarını cavablandırarkən deyib. Prezident İlham Əliyev bildirib: "Azərbaycanla Rusiya arasında münasibətlərin təhlükəsizliyə necə kömək etməsi məsələsinə gəlincə, düşünürəm ki, toqquşmaların, xaosun, vətəndaş müharibələrinin, münaqişələrin, dini ekstremizmin tüğyan etdiyi dənizdə Rusiya və Azərbaycanın sabit ictimai-siyasi vəziyyətdə olan və o cümlədən beynəlxalq terrorizmə, ekstremizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərən ölkələr olduğunu görmək üçün bizim regiona baxmaq kifayətdir. Həm Rusiya, həm də Azərbaycan Qafqaz ölkələridir. Təbii ki, bizi Qafqaz birləşdirir. Bizi Xəzər dənizi birləşdirir. Qeyd etməliyəm ki, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində ötən ilin avqustunda Aktauda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi haqqında konvensiyanın imzalanması böyük rol oynadı. Beləliklə, Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin