Bakıda 47 yaşlı kişini avtomobil vurub öldürdü


Digərləri 04 Okt 2019 22:21:57 262 0

Bakıda 47 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Naxçıvan Muxtar Respublikası vətəndaşı, 1981-ci il təvəllüdlü Talıbov Məmməd Məhəmmədəli oğlu idarə etdiyi "Baic" markalı 90 PC 299 dövlət nömrə nişanlı avtomobillə Təbriz küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1972-ci il təvəllüdlü Qasprinski Renad Süleymanoviçi vurub. Piyada yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada ölüb.