Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə


Dünya 04 Okt 2019 21:59:00 282 0

Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə

"Airbus" aviatikinti şirkəti təyyarələrin tualetləri qarşısında yaranan növbələrə qarşı yeni mübarizə üsulu tapıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, şirkət ayaqyoluların yanında videonəzarət kameraları quraşdırmağı təklif edib.

Kameralardan görüntülər ekipaj üzvlərinə ötürüləcək və əgər ayaqyoluların qarşısında növbələr artarsa, o zaman stüardessalar adamları başqa ayaqyolulara yönləndirəcəklər.

Bundan başqa, bu üsul stüardessalara hansısa sərnişinin ayaqoluda lazım olduğundan çox vaxt keçirdiyi barədə məlumat almağa imkan yaradacaq.

"Airbus"ın marketinq üzrə vitse-prezidenti İnqo Vuggettserin sözlərinə görə, məlumat kameraların yaddaşında uzun müddət qalmayacaq. Bununla əlaqədar olaraq, yenilik sərnişinlərin məxfiliyinə heç bir xələl gətirməyəcək, sadəcə, onların ayaqyoluya daha tez girə bilmələrinə şərait yaradacaq.

(adsgarden = window.adsgarden || []).push({});