Birinci vitse-prezidenti Mehriban Əliyeva: Azərbaycan növbəti böyük uğura imza atıb!


Digərləri 04 Okt 2019 21:37:00 226 0

Birinci vitse-prezidenti Mehriban Əliyeva: Azərbaycan növbəti böyük uğura imza atıb!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu "İnstagram" səhifəsində təbrik edib.

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu "İnstagram" səhifəsində təbrik edib. Trend-in məlumatına görə, təbrikdə deyilir: "Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin