Yeseninin son sevgisi:


Digərləri 04 Okt 2019 21:20:00 208 0

Yeseninin son sevgisi:

Son.az Teleqraf.com-a istinadən bildirir ki, oktyabrın 3-də böyük rus şairi Sergey Yeseninin anadan olmasından 124 il ötür.

Şair Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan bölgəsindəki Konstantinovo, bugünkü adıyla desək, Yesenino şəhərində anadan olub.

Əkinçi ailəsində doğulan Sergey hələ 9 yaşındaykən şeir yazmağa başlayır. Ata-anası ondan uzaqda işləmək məcburiyyətində qaldığı üçün Sergeyə babası baxırdı. Yeseninin fikrincə, babası qədər heç kim onun həyatına bu dərəcədə təsir etməmişdi. Babası keçmiş Rusiya haqqında, ortodoks kilsə ilə bağlı məlumatları onunla bölüşür, onun düşüncə dünyasına böyük qatqılar verirdi.

Balaca Sergey babası ilə yaşadığı balaca kənd evinin pəncərəsindən Oka çayını və kəndin kilsəsini izləyirdi. Uşaqlıq xatirələri sonradan onun şeirlərində əksini tapacaqdı. O, beş yaşından oxumağı öyrənmişdi. Yesenin məktəbi çox erkən yaşlarında tərk eləməli oldu. 1912-ci ildə şeirlərini çap edə biləcəyi şəhərə, Moskvaya üz tutdu. Qısa müddətdə Peterburqa yollandı. Məqsədi imzasını tanıtmaq idi. 1916-cı ildə Çar II Nikolaya və ailəsinə istedadını göstərmək üçün əlinə böyük fürsət düşmüşdü. Qatildiği ədəbi mühitdən də xeyli dost qazanmışdı. Aleksandr Blok, Sergey Qorodetski, Nikoly Klyuyev kimi şairlərin dəstəyini almışdı.

Sergey Yesenin 1916-cı ildə "Radunitsa" ("Ölülər günü") adlı ilk şeir kitabını çap etdirdi. Gənc şair hələ həyatın acı dadından xəbərsizidi. 1917-ci il oktyabr inqilabına şahid olan şair başlanğıcda bu inqilabdan çox şey gözləyirdi. Onun bu ümidlərdən "İnoniya" adlı kitab meydana gəldi . Şair yazırdı: "Ah anam, ah ölkəm, mən bir bolşevikəm!"

Yaraşıqlı və zərif görkəmi olan Yesenin qızların sevimlisi idi. 1913-cü ildə o, Anna İzriadnov ilə ilk evliliyinə qədəm qoyur. Annadan onun Yuri adında bir oğlu olur. Ancaq Sergey ailəsini tərk edərək Sant-Peterburqa köçür . Oğluna hərdən baş çəkməyi də unutmur.

Şair 1917-ci ildə Zinaida Reiç adlı gözəl aktrisa ilə evlənir və ondan Tatyana adlı qızı, Konstantin adlı oğlu doğulur. Ancaq cütlüyün ailə həyatı uzun sürmür. Zinaida Reiç sonradan məşhur rejissora ərə gedir və Moskvada tanınmış aktrisaya çevrilir.

Sergey Yesenin üçüncü dəfə Tolstoyun nəvəsi Sofiya ilə evlənir. Amma şairi bu da xoşbəxt etmir, üçüncü ailə də dağılır.

Kənd mühitində böyümüş Sergey Yesenin şəhərdə özünə yer tapa bilmirdi. Əslində o, heç inqilab adamı da deyildi. Daha çox millətçi idi. Bütün ruhunu isə lirik şeir yazmağa vermişdi. Onun ən yaxın dostu Vladimir Mayakovski idi.

Yesenin həyata və insanlara bağlana bilmirdi. Bəlkə də yaşadığı ruhi çöküntünün başlıca səbəbi bu idi: "Mən özümü sizin ''Oktyabr''ınıza və ''May''ınıza fəda edərdim, fəqət bunu bilin ki, sevgili sazımı əsla fəda etmərəm..." 1921-ci ildə o, təsadüfən rəssam Ge­orgi Yakulovun sərgisində amerikalı rəqqas Aysedora Dünkanla rastlaşır. Həyatından xeyli qadın gəlib keçsə də Dünkan Yeseninin qəlbində daha dərin iz buraxır. Amma azad ruhlu Dünkan evlilik istəmir. Yaş fərqi isə onlar üçün önəmli deyildi.

Aralarındakı sevgi o qədər böyük idi ki, nə qədər dalaşsalar da səhəri gün heç nə olmamış kimi barışırdılar. "İki insan ara­sın­da ehtiraslı duyğular drama çevrilmirsə, bir şey ifadə etməz" demişdi Dünkan. Evliliyə qarşı olsa da Dünkan Sergeyə ərə gəlir. Onda evlilik problemləri baş qaldırmağa başlayır...

(adsgarden = window.adsgarden || []).push({});