Azərbaycanlı müğənninin Qazaxıstanda başını yardılar


Şou-biznes 04 Okt 2019 20:54:00 279 0

Azərbaycanlı müğənninin Qazaxıstanda başını yardılar

Rusiyada məşhur olan azərbaycanlı ifaçılar HammAli & Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov) Qazaxıstanda musiqi festivalına qatılıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçilər 18 min insanın yer aldığı konsertdə səhnəyə çıxıblar. Gecədə müğənnilərin başına xoşagəlməş hadisə gəlib. Bu haqda musiqiçilərdən biri sosial şəbəkədə yazıb.

"Navai-nin çıxışı zamanı izdiham var idi. Duet ortaqları tamaşaçıların arzuladıqlarını oxumağa çalışdılar. Musiqiçilər də yorğun olmalarına baxmayaraq, konsertdə əllərindən gələni etdilər. Onlar isə bütün hit mahnılarını canlı səsləndirdilər" deyə, musiqiçilərdən biri qeyd edib.

"Çox xəstə idim, amma buna baxmayaraq, hər istəkləri ifa etməyə çalışdım. Səhnədən gedəndə isə, "Qazaxıstan, biz sizi sevirik" dedim. Həmin an başıma nəsə bərk bir şey atıldığını hiss etdim. O qədər ağır idi ki, başım yarıldı. Təşəkkür edirəm" deyə, Navai paylaşımında yazıb.